Перейти к содержимому


Фотография

События в истории независимого Азербайджана


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 15

#1 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 29 Октябрь 2014 - 22:32

Милли Меджлис образца лета 1993 года

ГА ругается с функционерами НФА и рассказывает про делишки НФА в Нахичевани


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#2 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 01 Ноябрь 2014 - 20:04

Милли Меджлис 16-17 августа 1993 года

ГА разносит Рагима Газиева


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#3 джяллад

джяллад

    Ряис

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 25 933

Отправлено 02 Ноябрь 2014 - 00:10

Милли Меджлис 16-17 августа 1993 года
ГА разносит Рагима Газиева
http://www.youtube.c...eature=youtu.be


Kak лохов развел.

#4 Шыныхлы

Шыныхлы

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • Cообщений: 3 113
  • ГородМосковия

Отправлено 02 Ноябрь 2014 - 01:02

Kak лохов развел.

Это было закономерно. Дедушка когда в "шахматной школе" был уже гроссмейстером ,а эти ребята(при всем уважении к ним) под столом пешком ходили.



#5 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 02 Ноябрь 2014 - 09:58

Kak лохов развел.

 

Это было закономерно. Дедушка когда в "шахматной школе" был уже гроссмейстером ,а эти ребята(при всем уважении к ним) под столом пешком ходили.

Он их съедал по-одиночке.

Сначала А.Гумбатова, потом Р.Газиева,  далее людей из окружения СГ, потом самого СГ, ну а Р.Джавадова оставил на последнее.

А у этих ума не хватило объединиться.

Он их сталкивал лбами, они начинали грызться между собой, потом он съедал одного из них под радость или молчание других, затем принимался за следующего. И так за 2 года расчистил все политическое поле в Азербайджане.

Хотя изначально имел  худшие стартовые позиции в борьбе за власть.

Правильно Г.Алиева называли мастером власти. В Азербайджане никого и близко к нему не было.  Только ВГ мог бы сравниться с ним.

А так ГА в первой половине 90-х показал мастер-класс по борьбе за власть.


  • V Atlantiku и Madyar это нравится

«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#6 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 02 Ноябрь 2014 - 10:28

А это уже 06.10.1994, совещание у ГА.

Очередь дошла до СГ


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#7 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 08 Ноябрь 2014 - 11:45

Протокол совещания у ГА 06.10.1994 года, на котором обсуждались события 4-5 октября 1994 года

 

H.Ə.Əliyev:

- Salaməleyküm, əyləşin. Dünən mitinqdə mən Gəncədə baş vermiş hadisələrlə bağlı əldə olan faktlar əsasında məlumat verdim. Ancaq, şübhəsiz, bu hadisələr ki, Gəncədə olmuşdur, təhlil olunmalıdır. Mənim bu barədə söhbətlər aparmağa imkanım olmadı. İndi isə biz dar çərçivədə yığışmışıq. Mən istəyirəm aydınlaşdırım ki, Gəncədə nə hadisələr baş verib, niyə? Mənə məlumdur, bir neçə saat məşğul olmuşam. Bizim Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prorokurorluq məşğul olublar. Ancaq niyə, nə üçün baş verib? Bunların hamısı birbaşa baş nazir Surət Hüseynovla bağlı olduğuna görə mən istərdim ki, Surət, sən bu barədə məlumat verəsən ki, nə məsələdir.

S.D.Hüseynov- Baş nazir:

-Mən mətbuatla maraqlandım. Məndə məlumat var idi ki, Gəncədə diversiya hazırlanır... Onda soruşdum, hansı qüvvələr tərəfindən, dedi ki, ola bilsin xarici qüvvələr, daxili qüvvələr. Ancaq orada bir hadisənin baş verməsi gözələnilir. Və mənə məlumat verdi ki, Rövşən Cavadovla döyüşən əsgərlər, ümumiyyətlə, keçmiş döyüşən əsgərlər müraciət təqdim etmək istəyirlər belə bir vəziyyətlə əlaqədar. İlqar Səfixanov mənə dedi ki, mən gedirəm Gəncəyə... çünki ola bilsin ki, orada vəziyyətdən istifadə edib təxribatlar törədə bilərlər... Mən Qarabağ üzrə komandan olanda həmişə əsgərlərə bir-iki sözüm olub... Əsgər, döyüşçü yoldaşlarımız hansı darda olsa, bizim borcumuzdur ki, onlara köməklik eləyək. Və ümumiyyətlə, mən Sizə deyim ki, hörmətli Prezident, döyüşçülərdə belə bir amal var ki, həmişə öz döyüşçüləri dara düşəndə köməyə gəlirlər. Mən bunu bir il bundan qabaq, o vaxt mənim başıma o hadisə gələndə gördüm, onlar öz səslərini qaldırdılar və bu, adət-ənənədir. ümumiyyətlə, Azərbaycan döyüşçülərində adət-ənənədir ki, bir-birlərinə köməklik göstərsinlər. Məsələ belə olub.   

Mən də düzü bu məsələ ilə əlaqədar R.Cavadovgil buraxılandan sonra,- buraxılandan sonra deyəndə ki, o mühasirədən çıxıb, gəldi burada Sizinlə görüşdü, - hər şey qurtarandan sonra da, ondan qabaq da mən zəng eləyirdim ki, qurtarın bu hərəkəti, buna son qoymaq lazımdır. Və onlara zəng elədim, dedim ki, gedin bütün hamısına deyin ki, R.Cavadov Pezidentin yanındadır, Prezidentlə görüşüb və bu söz-söhbəti qurtarın. 

H.Ə.Əliyev: Mənim üçün aydın deyil. Bu adamlar, bu qüvvələr orada nə istəyirlərmiş?

S.D.Hüseynov: Demək, nümayiş eləyib, Sizə müraciət qəbul eləmək istəyirdilər.

H.Ə.Əliyev: Ondan ötrü gəlib

İcra hakimiyyətini zəbt etmək lazım deyil ki...

S.D.Hüseynov: ...Mən Sizə deyim ki, İcra hakimiyyətini heç kim zəbt eləməyib, demək, polis işçiləri, hərbi polis işçilərilə bərabər, - mənim indi bu dəqiqə dəqiq məlumatım yoxdur, İlqar Səfixanovla görüşə bilmədiyim üçün mən Sizə deyə bilmərəm onu. Məndə olan məlumata görə İlqar Səfixanov bu işi təşkil eliyib ki, bu qarışıqlıqdan istifadə eləyə bilərlər.

H.Ə.Əliyev: Kim istifadə eləyə bilər?

S.D.Hüseynov: Kim istifadə eləyər? İndi onda elə məlumat olub ki, orada diversiya olacaqdır.

H.Ə.Əliyev: Kim, Kim?

S.D.Hüseynov: Nə bilim, onda olub məlumat, indi mən bilmirəm.

H.Ə.Əliyev: İlqar Səfixanov...

S.D.Hüseynov: İnterpolun rəisidir.

H.Ə.Əliyev: İnterpolun rəisidir İlqar Səfixanov, nazirə tabe olan adamdır.

S.D.Hüseynov:  Bəli.

H.Ə.Əliyev: İlqar Səfixanovun nə haqqı var ki, özbaşına gedib Gəncədə əməliyyat keçirsin?

S.D.Hüseynov: Heydər Əliyeviç, mən nə deyim ki? O gəldi mənə məlumat verdi, dedi ki, belə bir hadisə olacaq. Və onda məlumat da var idi ki, uşaqlar nümayiş eləmək istəyirlər və Sizə müraciət qəbul eləmək istəyirlər ki, - bu, Rövşən Cavadovla əlaqədardır, - bunlar öz borclarından çıxsınlar.

H.Ə.Əliyev:  Yaxşı, Siz mənə niyə deməmisiniz?

S.D.Hüseynov: Mən öyrənib, Sizinlə görüşə bilməmişəm.

H.Ə.Əliyev: Yox, qulaq as. Sən mənimlə bir yerdə idin. Rövşən Cavadov hadisəsi baş verəndən biz bir yerdə idik.

S.D.Hüseynov: Ondan sonra olub axı, bu.

H.Ə.Əliyev: Ayın 2-də bir yerdə idik axşam, ayın 3-də bir yerdə idik, ayın 4-də sən bir neçə dəfə mənimlə telefonla danışdın, yadındadır?

S.D.Hüseynov: Bəli, bəli.

H.Ə.Əliyev: Elədirmi?

S.D.Hüseynov: Bəli.

H.Ə.Əliyev: Sən mənə bir şey deməmisən. Biz axşam yağışdıq, mən səni dəvət eləmək istəyirdim ki, aydınlaşdıraq, bu Rövşən Cavadovla məsələ nə cür həll olunur. Bu adamlar getdilər, gəldilər, danışıqlar apardılar, atası getdi, nə bilim, gəldi, filan elədi, peşməkan elədi, bunları mən sənə telefonla dedim. Dedim ki, atası da getdi gəldi. B.Vahabzadə ilə mən bir də göndərdim ki, bir də getsinlər. Sabahısı gün, ayın 4-də bunların hamısını mən sənə dedim və bildin ki, atası gəldi, getdi, bunlar gəlmədilər, bu günləri gələcək mənim yanıma, yadındadırmı?

S.D.Hüseynov: Bəli, yadımdadır.

H.Ə.Əliyev: Mən dedim Rövşən gələcək mənim yanıma, gözləyirəm. Gəlsin, danışaq, ondan sonra mən səni çağıracağam. Elədirmi?

S.D.Hüseynov: Bəli.

H.Ə.Əliyev: Mən də camaatı yığdım yanıma, mən istəyirdim ki, səni də çağıram, aydınlaşdıraq... Bu an mənə xəbər gəldi ki, Gəncədə İcra hakimiyyətini götürüblər.

S.D.Hüseynov: Bəli.

H.Ə.Əliyev: Mən sənə telefon elədim, dedim ki, belə bir şey var. Sən dedin mən bilmirəm. Yadındadırmı?

S.D.Hüseynov: Bəli, yadımdadır... 

H.Ə.Əliyev: ...Dedin, bilmirəm, deyə bilmərəm. Dedim, bəs necə ola bilər ki, sən bilmirsən? Dedin, mən aydınlaşdırım, sonra deyim. Dedim, yaxşı, aydınlaşdır. Mən bir azdan sonra sənə telefon elədim, sən dedin ki, sifariş vermişəm, aydınlaşdırıram. Dedim, ay kişi, nə sifariş verməkdir? Hökümət telefonu var, mən elə bu hökümət telefonu ilə bir neçə adamla danışmışam. Sən telefon elə...

S.D.Hüseynov: Bəli, bəli.

H.Ə.Əliyev: Sonra, sən dəqiqləşdirənə qədər mənim üçün aydınlaşdı məsələ. Aydınlaşdı ki, həmin hərbi qüvvədədir. Sonra bir dəfə də mən sənə zəng elədim, sən dedin ki, orada 3 minə yaxın OMON-çudur. Rövşənin adamlarıdır.

S.D.Hüseynov: Döyüşçüləridir.

H.Ə.Əliyev: Yox, dedin ki...

S.D.Hüseynov: Dedim, keçmiş döyüşçülərdir, keçmiş döyüşçülərdir, OMON-la qarışıqdır.

H.Ə.Əliyev: Bu adamlar mənim yanımda idi zəng eləyəndə. Müdafiə naziri də, daxili işlər naziri də. Dedin, 3 minə yaxın adamdır və mən adamlarımı göndərdim ora, onlarla danışıq apardılar ki, qan-zad tökülməsin, məsələ həll olunsun. Dedim, axı, nə qan? Nə məsələ həll olunacaq? Sən dedin ki, OMON-çular və onlarla olan döyüşçülər 3 minə qədər gəliblər. Mən sənə dedim, ola bilməz ki, orada 3 min nəfər adam olsun. Bu, nə məsələdir? Dedin, mən indi araşdırıram. Bu sözləri mən alandan sonra bir də ayrı-ayrı kanallarda bununla məşğul olduq. Arif Rəhimzadə bu işlə məşğul oldu, əlaqəyə girdi. E.Həsənov əlaqəyə girdi, Ramil Usubov əlaqəyə girdi. Bu məsələləri araşdırandan sonra aydın oldu ki, bu, belə deyil. Onda mən sənə dedim ki, dur gəl bura, bu məsələni araşdıraq. Sən dedin ki, mən hələ məsələləri özüm araşdırıram, sonra gələrəm. 10 dəqiqə, 15 dəqiqə keçdi, sən gəmədin. Mən bir də sənə telefon elədim ki, dur gəl bura. Sən dedin, gəlirəm. Bir az keçdi, yenə də gəlmədin. Mən bir də zəng elədim, artıq sənin telefonun cavab vermirdi. Bir az da gözlədim, dedim bəlkə yoldasan. Sonra gördüm yoxsan. Sonra çağırdım bizim Vaqif Axundovu, bizim Mühafizə İdarəisinin rəisidir. Dedim ki, bir bax, bəlkə yoldadır, gəlir. Dedi, yoxdur. Dedim, onda telefon et, Tariyelə dedim ki, telefon elə köməkçisinə, telefon elədi köməkçisinə, köməkçi dedi ki, burada yoxdur. Ondan sonra mən Vaqifi göndərdim, Vaqif deyə bilər, nə oldu. 

V.Ə.Axundov: - Ali Dövlət Hakimiyyəti və İlarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi: Mən getdim ora, getdim Oleqə dedim ki, belə-belə, Baş naziri Prezident axtarır, müşavirəyə gəlməlidir. Dedi ki, Baş nazir keçib o biri otaqdadır, ora da bağlıdır, mən o qapını döyə bilmərəm, çağırdım mühafizə rəisini ki, bəlkə bir şey-zad olub? Artıq 40 dəqiqədən çox keçib, bir saata yaxın idi, maraqlanın, görüm. Oleq ilə bir də danışdım. Oleq dedi ki, mən qapını döyə bilmərəm, icazəm yoxdur, mənim o hüququm yoxdur. Sonra da mühafizə rəisi ilə danışdım, dedi, yanına yemək aparıblar, artıq bir 40 dəqiqə keçəndən sonra... Oleq dedi ki, içəridədir, oturub, oradadır. Dedim, qapını döy, onu Prezident axtarır. Dedi ki, mən döyə bilmərəm. Sonra ortaya yemək məsələsi çıxdı, dedi ki, yemək yeyir. Yemək aparılandan sonra biz mühafizə rəisi ilə dəqiqləşdirdik ki, bu, 50 dəqiqədən sonra oldu. 50 dəqiqəyə biz müəyyənləşdirə bilmədik ki, oradadır, ya orada deyil. Bu qədər.

H.Ə.Əliyev:  Yaxşı, əyləş. Ondan sonra sən mənə telefon etmədin. Mən bu vəziyyəti aydınlaşdırdım və aydın oldu ki, Gəncədə sənə yaxın olan adamlar: Səfixanov, Tacibov, Kəramət, Aytəkin və başqaları bütün bu işi təşkil eləyiblər. Aeraportu zəbt eləyiblər, vağzalı zəbt eləyiblər... Arif Rəhimzadə hamısı ilə danışdı. İndi Arif Rəhimzadə məlumat verəcək. Buyur, Arif Rəhimzadə. 

A.Q.Rəhimzadə - Dövlət müşaviri: Hörmətli Prezident, mənə məlumat daxil oldu ki, Gəncədə gəliblər İcra hakimiyyətinə, bir neçə silahlı adam giriblər İcra hakimiyətinə, İcra hakimiyətinin başçısını axtarıblar, başçı orada olmayıb. Deyiblər ki, biz burada olacığıq, siz öz işinizlə olun, sizə heç bir sözümüz-zadımız yoxdur, biz onu axtarırıq, biz onu çıxaracağıq, onun yerinə başqa adamı qoyacağıq. Vəziyyət də belə olubdur. Demək, İcra hakimiyyətinin başçısını bir nəfərlə İcra hakimiyyətinə gedərkən, yolda bunların qarşısını kəsiblər. İcra hakimiyyətinin yaxınlığında onlara atəş açıblar, maşının təkərinə dəyibdir. Onlar birtəhər aradan çıxıb gediblər... Oradan gəliblər Milli Təhlükəsizlik İdarəsinə, camaatı oradan çıxardıblar. Milli Təhlükəsizlik İdarəsinin rəisi sonra Xanlardan mənə zəng elədi... Polisdə hökümət telefonu var, mən ora zəng elədim, orada telefonu götürən olmadı. Mən zəng elədim Kəpəz rayonuna, orada telefonun dəstəyini götürüb qoydular, heç kəs cavab vermədi. Nizami rayonuna da zəng elədim, orada heç kəs yox idi. Mən zəng elədim, Nizami rayon İcra hakimiyyəti başçısını evdə tapdım. O dedi ki, yenicə gəlmişəm, elə bir narahıtçılıq yoxdur. Mən dedim, sən get, öyrən. Bir müddətdən sonra mən bir neçə adamla əlaqə saxladım. Ayrı-ayrı tanışlar var, onlarla əlaqə saxladım, dedilər ki, şəhərdə sakitlikdir.  

Demək, silahlı adamlar gəliblər, deyiblər ki, Bakıdan bizə göstəriş var, siz buradan çıxasısınız. O dediyim orqanların hamısını oradan çıxarıblar. Deyiblər, sabah sizə deyəciyik nə eləmək lazımdır. Sonra biz dərhal ətraf rayonlara xəbərdarlıq elədik ki, belə bir vəziyyət sizdə də təkrar oluna bilər, siz səfərbər olun və həqiqətən cəhd göstəriblər ki, Xanlara getsinlər, ancaq Xanlar hazır imiş. 7-mi, 8-mi adam "NİVA" maşını ilə gəliblər ora, onları yaxın qoymayıblar. Belə bir cəhd Yevlaxda da olubdur. Silahlı adamlar gediblər İcra hakimiyyətinə, deyiblər, otur bizimlə gedək, o da getməyib. Sonra hədə-qorxu gəliblər deyiblər ki, indi bu saat çoxlu adam gələcək. Deyib, gələrsiz, qarşılayarıq. Oradan qayıdıblar. Samux rayonu ilə danışdıq, Goranboy rayonu ilə danışdıq və bir sözlə, orada, əslində, çevriliş olmuşdu, bütün hakimiyyət ələ alınmışıd və gələcək planları nə idi, məlum deyildi. Həmin vaxt camaat başlayıb yığışmağa. İcra hakimiyyətləri müəyyən iş aparıblar. Yalnız saat 7-də məlum oldu ki, bunlar oradan gediblər, oranı tərk ediblər.

H.Ə.Əliyev: Səhər saat 7-də?

A.Q.Rəhimzadə: Bəli.

S.D.Hüseynov: Yun fabrikinə də hücum eləyiblər də. Orada hələ köməkçini oğurlayıb aparıblar, "oxranı"da dirəyiblər divara, silahlarını götürüblər. Bunu da deyin də.

H.Ə.Əliyev: Surət, Surət, mane olma. Qoy hərə öz sözünü desin.

S.D.Hüseynov: Kim eləyib bunu, indi burada təxribatçılıq eləyib də...

A.Q.Rəhimzadə: Məndə olan məlumata görə. Ora hərbçilər gəliblər. Hərbçilər gələndən sonra, demək, oranı, tərk ediblər. 13 nəfər adamla qonaq evində olublar. Orada döyüşlər gedibdir.

R.B.Quliyev: Telestudiyanı alıblar...

A.Q.Rəhimzadə: Telestudyanı söndürüblər. Telestudyanı o mitinq başlayandan xeyli sonra söndürüblər. Ağıllarına gəlməyib ki, tez söndürsünlər. Ancaq Şəmkirdə, Qazaxda, Tovuzda baxa biliblər. 

H.Ə.Əliyev: Daxili İşlər naziri.

R.İ.Usubov - Daxili İşlər naziri: Cənab Prezident, mən o məlumatı burada olarkən aldım. Demək, Arif müəllimin qeyd elədiyi kimi, dövlət əhəmiyyətli obyektlər həmin naməlum şəxslər tərəfindən tutulub. Sonra bu naməlum şəxslər də müəyyənləşdirilib.

H.Ə.Əliyev: Kimlərdir onlar?

R.İ.Usubov: Surət Hüseynovun, Surət müəllimin yaxın adamlarıdır. İlqar Səfixanov, bizim nazirlikdə İnterpolun rəisi işləyir, polis polkovnikidir. Onun başçılıığ ilə olub bu işlər. Mən maraqlandım, zəng vurdum, hiss elədim ki, bu Polis İdarəsi rəisinin yanında artıq adamlar oturub. Gördüm, idarə rəisi belə qorxa-qorxa deyir ki, yox, Ramil müəllim, sakitlikdir, amma İcra başçısının həyətinə yığışmışdılar, əsas fikir onu tutmaq imiş. Milli Təhlükəsizlik Nazirliyinin orada şöbəsi var, gedib onu tutublar. Bu adamların hamısı, başqa kanallardan öyrəndim ki, Surət müəllimin adamlarıdır.  

H.Ə.Əliyev: Konkret familya de! Kimlərdir?! 

R.İ.Usubov: Səfixanov İlqar.

H.Ə.Əliyev: Sonra?!

R.İ.Usubov: Kəramət, onun qohumudur.

H.Ə.Əliyev: Sonra?

R.İ.Usubov: Sonra, burada keçmiş polkovnik işləyib, familiyası... Surət müəllim, sizin yanınızda işləyir, onun familiyası nədir?

Yerdən səs: Tacibov.

S.D.Hüseynov: Bəli, inzibati şöbənin işçisidir, bəli. 

R.İ.Usubov: Onların rəhbərliyi ilə bu iş görülüb. Mən araşdırdım, sonra başqa kanallarla bir daha öyrəndim ki, onlar həqiqətən də gedib zorakılıq yolu ilə, əllərində silah, demək olar ki, dövlət orqanlarını tutublar, Gəncədə artıq dövlət çevrilişi eləyiblər, dövlət orqanlarının hamısını götürüblər. Bundan sonra mən göstəriş verdim polis idarəsinə, idarədən dedilər, yox, bizim gücümüz çatmır. 500-600 silahlı adam var... Dedim, nə qüvvədir ki? Dedilər ki, 500-600 silahlı adamla şəhərin giriş-çıxışlarını bağlayıblar. Heç kimi qoymurlar və mənim də qüvvəm çatmır ki, onlarla mübarizə aparım... Başqa kanallardan öyrəndim, dedilər ki, Surət müəllimin adamlarıdır, hərbi formadadırlar, mülki adamlar da var. Bundan sonra yadınızdadırsa, mən dedim ki, qayıdıb gedirəm, Surət müəllimin özünə zəng vurub soruşacağam ki, Surət müəllim, sizin adamlar orada nə eləyirlər? Lakin getdim iş otağıma, zəng vurdum, Surət müəllim cavab vermədi. Bu, təxminən gecə saat 4 olardı, 4-ün yarısı olardı. Səhərə yaxın, Surət müəllimin dediyi kimi, beş, ya beşin yarısı idi. özü mənə zəng elədi ki. Ramil müəllim, məni soruşmusunuz? Dedim, bəli, soruşmuşam. Burada sizə məruzə elədiyim kimi, dedim, bax burada belə şeylər var, belə hadisə olub. özü də hamısı mənə məruzə eləyirlər ki, Surət müəllimin  adamlarıdır. Xahiş edirəm, bunun qarşısını alın. O dedi ki, mənim bundan xəbərim yoxdur, mən də istəmirəm belə hadisələr olsun. Orda guya başqa qüvvələr təxribat eləmək istəyir, bizim adamlar onun qarşısını almalıdırlar. Açığı, mən buna inanmadım. çünki burada elə bir məntiq yoxdur.

H.Ə.Əliyev: İlqar Səfixanov kimdir?

R.İ.Usubov: İlqar Səfixanov, cənab Prezident, əvvəla mənim tabeçiliyimdə olan idarə rəisidir. O, nə gələndə mənə deyib ondan iki gün əvvəl də ora getmişdim. O, qayıdıb gələndən sonra mən ona dedim ki, İlqar, sən niyə ora getmisən? Yalandan yenə də bəhanə elədi ki, hüzr yerimiz var idi, ora getmişdim. Əslində, öyrəndim ki, yalan deyir. Bu işə hazırlaşma dövrü keçirirdi ki, təxribat olacaq, kimlərsə bunu eləyəcək, mən də gedirəm bunun qarşısını alım, bu halda Surət müəllimə məruzə eləmişəm. Birincisi, şəxsən İlqarın ixtiyarı yox idi getsin, mən kazarma vəziyyəti elan eləmişdim. Belə iş vardısa, gərək mənə deyəydi. Demədi, gizli surətdə edilib, məndən gizlətmək istəyiblər. Bilib ki, mən bilsəm, bunun qarşısını alacağam. Bundan sonra mənə Yevlaxdan rəis zəng elədi. Dedi ki, bəs gediblər İcra hakimiyyətinə, vaxt veriblər ki, ya sən buradan get, ya da ki, iki saatdan sonra gəlib buranı götürəcəyik. Mən də dedim ki, qəti tədbir görün, əgər gəlsələr, onları həbs eləyin. Ondan sonra da şəhər bağlandı və gələ bilmədilər. Sonra gediblər yun zavoduna, yun zavodunda bilirsiniz ki, Budaqov Nüsrət orada rəhbərlik eləyir, onların əsas yuvaları oradır, hərbçilər gəliblər, onun adamların Yevlaxın ətrafında və yun zavodunda həbs eləyiblər. Eyni zamanda dünən oradan səkkiz ədəd pulemyot götürüldü, İlqar Səfixanovun yaxın işçisi, bir nəfər də nəqliyaat polisində işləyən zabit həmin o silahla birlikdə həbs olunub. Deyiblər ki, məni bura İlqar Səfixanov göndərib. Mən bayaq idarə rəisi Eldar Həsənovu da çağırmışdım yanıma, dedim izahat yaz, görək bu iş necə baş verib. O da mənə məruzə elədi ki, bu işlərin başında Surət Hüseynov dayanıb, İlqarı göndərib ora, İlqar da bu işlərə başçılıq eləyib, Tacibovla birlikdə.      

H.Ə.Əliyev: Əyləşin. Milli Təhlükəsizlik Nazirliyi.

N.R.Abbasov: Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən: Cənab Prezident, mən Sizin yanınızda müşavirədə olanda, məlumat alanda ki, bəs Gəncədə qarışıqlıq düşübdür, Sizin yanınızdan çıxdım, Gəncəyə zəng elədim, bizim şöbəyə. Müavini ilə danışdım, elə təzəcə məlumat verməyə başlamışdı ki, şəhərdə atışma var, filan, demədi, söhbətimiz yarımçıq kəsildi. Bizim Gəncə ilə əlaqəmiz tamam kəsildi. Ondan sonra, təxminən bir saatdan sonra bizim Gəncə şöbəsinin bir işçisi şəhər telefonu ilə növbətçimizə zəng eləyib ki, Kəramətin adamlarından 14-16 nəfər gəlib bizim idarəni tutdular və müavini də özləri ilə apardılar... Bu iğtişaşlardan xeyli əvvəl, ümumiyyətlə, son 3-4 ay ərzində bizim Milli Təhlükəsizlik Nazirliyinə məlumatlar daxil olurdu ki, Surətin adamları Bakıda, respublikanın başqa rayonlarında adam toplayır, silahlanır, qruplaşırlar. Hətta bizdə məlumat var idi ki, Bakının ətrafında, deməli, müəyyən siqnalla iki saat ərzində toplaşmağa 1500, 2000 silahlı adam hazır dayanıb. Rövşən Cavadov bu hadisəni törədəndən sonra, elə həmin gün bizə məlumat daxil oldu ki, Rövşən Cavadov Daxili İşlər Nazirliyinin binasından çıxmamış, Surət Hüseynova zəng eləyib və onun köməkçisinə deyib ki, mən başladım, Surət Hüseynovdan soruşun görək, kömək olacaqmı? Bunu deyib, trupkanı tullayıb yerə.    

Daxil olan məlumatlara görə axşam saat 8 radələrində Kəramətin adamları gəliblər, İcra hakimiyyətini ələ alıblar. Bu vaxt İcra başçısı tədbirdən qayıdırmış, görüb ki, idarənin qarşısında, binanın qabağında qarışıqlıqdır, o, maşını saxlamayıb keçib və maşının arxasınca atəş açıblar. Ondan sonra qısa bir müddət ərzində Gəncənin inzibati binalarının hamısı: aeroport, dəmir yolu vağzalı, avtovağzal, bütün yollar hərbçilər tərəfindən arıdıcıllıqla "blokirovat" olunub. Gəncə şəhərinin bütün inzibati binaları təqribən bir saat, saat yarım müddətində Surətin adamları tərəfindən zəbt olunub.

S.D.Hüseynov: Kimsə gedib məni adımı verib ki, Surətin adamlarıdır. Qardaş qardaşa cavab vermir axı, qardaşım gedib bir səhv eləyəcək, mən ona cavabmı verməliyəm? Elə olmaz axı. Qohum gedib nə qayırıb, nə eləyib, mən nə bilim, nəyə lazımdır belə şeylər?

H.Ə.Əliyev: Müdafiə naziri.

M.İ.Məmmədov - Müdafiə naziri: Cənab Prezident, məlumat verirəm. Oktyabrın 2-də saat 21:40 dəqiqədə mənə məlum oldu ki, Gəncə şəhər İcra hakimiyyətinin binası, şəhər polis şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin şəhər şöbəsi, aeraport tutulmuşdur. Bir neçə dəqiqədən sonra mənə məlum oldu ki, Gəncə rayonunda, şəhər tərəfdə yerləşən yanacaq anbarı tutulmuşdur. Təqribən saat 21:50 dəqiqədə məlum oldu ki, Xanlar rayonundakı anbara hücum edilmişdir. Müvafiq qaydada mən həyacan siqnalı ilə 777-ci alayı ayağa qaldırmaq, bütün bu nöqtələrə mütəşəkkil silahlı adamlar göndərmək qərarına gəldim və əmr etdim ki, Nizamnaməyə uyğun hərəkət etsinlər. Nizamnamədə yazılmışdır ki, əgər əks tərəf müqavimət göstərərsə, adamların həyatı üçün təhlükə yaranarsa, bütün tədbirlər görülür. Biz bütün tədbirləri görmüşdük ki, qan tökülməsin. Nəticədə, səhər saat 7-də tutulmuş məntəqələr azad endilmişdir. Bundan başqa mənə məlum oldu ki, Goranboy, Xanlar və Şəmkir tərəfdən şəhərə giriş yolları bağlanmışdır. Biz tədbir gördük ki, bu yollar açılsın və onlar döyüşsüz çıxıb getsinlər... üçtəpədə döyüş gedəndə, polk komandirinin məlumatına görə, DŞK, 9 - ATF, 3 Kalaşnikov pulemyotu və bir çox başqa sursatlar aşkar edilmişdir.

H.Ə.Əliyev: Harada?

M.İ.Məmmədov:  üstəpə deyilən yerdə istirahət evi var. Mən özüm şəxsən orada olmamışam və deyilənə görə, o, Nazirlər Kabinetinindir. Deydiyim silahlar da oradan tapılıb.

H.Ə.Əliyev: Bu, Nazirlər Kabinetinin deyil. Məlumat üçün sizə deyim.

S.D.Hüseynov: Yox, qararımız var bu barədə.

H.Ə.Əliyev: Sən özbaşına nə cür qərar çıxarda bilərsən?

S.D.Hüseynov: Mən özbaşına niyə qərar çıxardıram? Mənim səlahiyyətim var. 

M.İ.Məmmədov: Bu gün əlavə olaraq mənə məlum oldu ki, həmin qonaq evinin həyətində iki "Mersedes" avtomobili və nömrəsiz iki "QAZ-31" avtomobili olmuşdur. Eyni zamanda, yun zavodu deyilən yerdə çoxlu hərbi sursat tapılmışdır. ..Bizə məlum oldu ki, üstəpədə atəş açırlar, bizim tərəfimizdən də müqavimət tədbirləri görüldü. Orada 3 hərbi qulluqçu öldürülmüşdür.

H.Ə.Əliyev: Kim tərəfdən öldürülmüşdür?

M.İ.Məmmədov: Mənə məlum olduğuna görə, Vaqif adlı birisi 2 hərbi qulluqçunu yaxın məsafədən gülləmişdir. Və bir hərbi qulluqçu da həmin qaydada əks tərəfdən, qanunsuz dəstələr oradan çıxarılanda öldürülmüşdür və yaralananlar olmuşdur.

H.Ə.Əliyev: Neçə nəfər yaralanmışdır?

M.İ.Məmmədov: 4 nəfər yaralanmış, 4 nəfər öldürülmüşdür. Və bir çox adam müxtəlif dərəcəli zədə almışdır... Bir də məlum olmuşdur ki, bu əməliyyata ehtiyatda olan polkovnik Tacibov rəhbərlik etmiş, 5 batalyona yaxın şəxsi heyəti olmuşdur. Əməliyata o rəhbərlik etmişdir.

H.Ə.Əliyev: Baş prokurorun vəzifəsini icra edən Eldar Həsənov.

E.H.Həsənov - Baş Prokurorun vəzifəsini icra edən: Hörmətli Prezident, 4 oktyabr 1994-cü il tarixdə saat 20 radəlində odlu silahla silahlanmış hərbi geyimli bir qrup dəstə Gəncə şəhərində hakimiyyəti ələ  keçirmək məqsədi ilə Gəncə şəhər İcra hakimiyyətinin binasını, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsini, hava limanını, şəhərin girişini, çıxışını silahlı dəstələrlə nəzarətə götürmüşlər. Nəzarət olunan zaman şəhər İcra hakimiyyətinin başçısı öz avtomobilində gələrkən atəşə tutulmuş, yaranmış vəziyyətdən avtomobilə qaçıb aradan çıxa bilmişdir. Həmin dəstələr 20:30-da 10-12 nəfərdən ibarət bir qrup naməlum şəxslərlə birgə Milli Təhlükəsizlik Nazirliyinin şöbəsinə yaxınlaşıb işçilərin həmin binanı tərk eləməsini tələb edib. İşçilərin bir qrupu binanı tərk eləyərkən şöbə rəisinin müavinini girov götürmüşlər.     

Hakimiyyəti ələ keçirmək məqsədi ilə sui-qəsd həyata keçirən naməlum hərbi geyimli vətəndaşlar saat 23 radələrində Gəncə şəhər Prokurorluğunun qabağına gəlmişlər. Prokurorluğun içərisinə daxil olmayıblar. Ancaq Prokurorluğun qabağında dayanıb, çıxış, giriş yollarını bağlayıblar. Hadisə zamanı Gəncə şəhər Polis İdarəsindən, hərbi hissədən, dövlətin mövcud qurumlarından tədbir keçirməyə, yəni hadisənin qarşısını almağa cəhd göstərənlərə imkan verilməmiş, polis işçilərinə "yaxın gəlsəniz, atəş açacağıq", "heç kim yaxın gələ bilməz" xəbərdarlığı ilə hərəkət etmişlər. Aparılan danışıqlar, Gəncə şəhər Polis İdarəsinin rəisi, hərbi hissənin bir qrup əməkdaşı, şəhr İcra hakimiyyətinin müavinləri tərəfindən aparılan ayrı-ayrı danışıqlar heç bir nəticə vermədiyinə görə, yenidən köməyə gələn digər dövlət qüvvələri tərtib olunmuş operativ plan üzrə uğurlu əməliyyat aparmış, əməliyyat nəticəsində 129 nəfər yaxalanmışdır.

H.Ə.Əliyev: Nə qədər?

E.H.Həsənov: 129 nəfər yaxalanmış, 81 müxtəlif növ atıcı silah götürülmüş, ayrı-ayrı maşınlardan, ayrı-ayrı adamlardan 180 min ədəd hərbi sursat əldə olunmuşdur. Həmin tutulan qrupların tərkibi bundan ibarətdir: hərbi polisin bir qrupundan, polisin azsaylı əməkdaşından, keçmiş hərbi əməkdaşlardan və mülki vətəndaşlardan... Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57-2-ci hissəsi ilə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən, Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan digər silahlşı birləşmələrədən Azərbaycan xalqına, konstitusiyalı dövlət orqanlarına qarşı istifadəetmə və bunun deməli, ağır nəticələrə səbəb olmasına görə, yəni, ikinci hissə üzrə cinayət işi qaldırılıb.   

H.Ə.Əliyev: Rəsul Quliyev.

R.B.Quliyev: Hörmətli Prezident, ümumiyyətlə, bir ay bundan qabaq məlumat var idi ki, Səfixanovun atası tez-tez Moskvaya gedib gəlir. Orada müxtəlif adamlarla görüşür.

İndi birbaşa Gəncə hadisələri ilə əlaqədar. Bu dövrdə əvvəl belə bir söhbət vardı ki, İcra hakimiyyətinə hücum eləyiblər. Sonra bilindi ki... İcra hakimiyyətinin binasını tutublar. Faktiki olaraq paralel polis idarəsini, sonra MTN-nin yerli şöbəsinin binasını və telestudiyanı da tutublar. Biz də bu məsələləri izləyirdik. Elə həmin vaxtda məlum idi ki, bu işləri həyata keçirən, bu işlərə rəhbərlik eləyən Tacibovdur, Səfixanovdur, bir də Kəramət. Hərbçilərə tapşırılandan sonra ki, bu işlərin qarşısı alınmalıdır, onlar təkcə yanacaq anbarına hücum eləməyiblər. 777-ci polkun özünə də hücum olub. Tacibovun rəhbərliyi ilə. Rövşən Əkbərov orada bunun qarşısını alıbdır. Elə həmin vaxt onlar 10 nəfər həbs eləyiblər. Onlar tetestudiyanı da tutublar və Sizin çıxışınız başlayandan sonra telestudiyanı tutublar. İcra hakimiyyəitinin binasını azad eləyəndə orada silahlı müqavimət olub, oradan heç kim elə-belə getməyib. Silahlı müqavimət olub, yəni, hərbçilər oranı silah yolu ilə alıblar.  

Aeroportda 40 nəfər silahlı cinayətkar qüvvə olub. Aeroportun azad olunması 3 saatdan çox çəkib. Yəni ki, mən dedim: dur get, o da çıxdı getdi, elə şeylər olmayıb. Orada 3 saat müqavimət göstərilibdir. Mən şəxsən Fəxrəddin Cəbrayılovla danışmışam. Oranı ağır döyüşlərə alıblar. Onların özlərini dindirsəniz, hamısını deyərlər. üstəpədə qanlı döyüşlər gedib, yəni demək istəyirəm ki, bu, əməlli-başlı çevrilişdir. Bundan artıq ad qoymaq mümkün deyil buna.

Surət müəllim bu günlərdə mənimlə həddindən artıq çox söhbət edib və hər dəfə də narazılığını bildirib ki, Rövşən gəlib bizi burada tutacaq, qıracaq... Tədbir görmək lazımdır, Bakıda çevriliş eləmək olmaz. Belə şeyləri deyə-deyə, bu Tacibovdur, bu Səfixanovdur, yaxud Kəramətdir, Gəncədə qiyam hazırlayırlar, dövlət çevrilişi eləyirlər... Bunlar sizin adamlardır. Kəramət sizin qohumunuzdur, sizin adamdır...

S.D.Hüseynov: Qohumdur, sizin də çox qohumunuz var, gedib bir yerdə qanunu pozsa, ona siz cavabdehsiniz?

R.B.Quliyev: Ay Surət, min nəfərə yaxın adam yığılıb ora, min nəfərə yaxın...  

S.D.Hüseynov: Orada mənim qohumlarımdan savayı çox adam olub, qohumdur, ola bilsin, misal üçün, ara qarışanda hamı olur.

R.B.Quliyev: Tacibovu niyə göndərmişdiniz ora?

S.D.Hüseynov: Bir dəqiqə, mən sizə deyim də. Mən onsuz da onu mətbuat konfransında da demişəm. Mən Tacibovu göndərdim Gəncəyə, Səfixanov mənə məlumat verəndən sonra dedim, get ora, birdən orada qatma-qarışıqlıq olar. Get, Kəramətgilə deginən ki, birdən bu işə qoşularlar...

R.B.Quliyev:  Kəramətə telefonla da demək olardı, Tacibovu ora göndərmək lazım idi?..

S.D.Hüseynov: Surət çevriliş eləsəydi, gərək indi Gəncədə olaydı. Mən öz yerimdə olmuşam. Gedib indi nümayiş eləyiblər çox böyük səhv eləyiblər.  

H.Ə.Əliyev: Sən bunu nümayiş hesab eləyirsən?

S.D.Hüseynov:  Mən dəqiq bilmirəm orada nə hadisə baş verib, mən bilmirəm. Mən tanışlıq vermişdim, özü də hər saatdan bir zəng eləyirdim ki, qurtarın. Demişdim ki, bir adam bir dənə güllə atsa, qurtardı getdi. 5-in yarısında Ramil müəllimə zəng elədim ki, Ramil müəllim, orada bir dənə də inli-cinli yoxdur, şəhər bomboşdur.

R.B.Quliyev: Ay canım, şəhərdən qovub çıxardıblar onları.

S.D.Hüseynov: Heç kim onları qovub çıxarmayıb, Rəsul müəllim. Mən axı sizə də zəng elədim, dedim, Rəsul müəllim, deyirlər ki, burada bu tanklar dayanıb, qarşı-qarşıya durublar, onlar götürsünlər tankları, çıxaq gedək biz də...

H.Ə.Əliyev: Mən ancaq Baş nazirin müavinlərinə söz vermədim. Bir sözünüz var, yoxsa yox?

A.A.Abbasov - Baş nazirin birinci müavini: Cənab Prezident, dünənki mitinqdə üç nəfərin ölməyini və sonra yaralananları eşidəndə, artıq məndə özümə nifrət hissi yarandı ki, nə təhər olur, biz, bir millət bütün dünyanın adını çəkdiyi bu boyda adamın başına yığıla bilmirik? Hər dəfə öz əlimizlə başlayırıq iş qaynatmağa. Mən bir şeyi deyə bilərəm ki, belə hökumət heç kimə lazım deyil, Heyrər Əliyeviç, heç kimə. Hökumətin artıq dünənki hadisələrdən sonra, Sizin çıxışınızdan sonra hörməti yoxdur.

Bu hökumət artıq rəhbərlik eləmək iqtidarında deyil, mümkün deyil... Bilirsiniz, Gəncə ilə bağlı olan bu hadisələrin belə bir vəziyyətə gəlib çıxması mənim özümdə böyük nifrət hissi yaradır. çünki bu gün nə Gəncə, nə respublikanın başqa rayonları bölünə bilməz, başda siz olmaq şərtilə, Sizin rəhbərliyiniz altında hamısı bir amala, Azərbaycanın müstəqilliyinə çalışmalıdırlar. Artıq ikinci dəfədir ki, Gəncədə bu hadisələr baş verir. Bu vəziyyət gəncəlilərdə böyük nifrət hissi yaradır ki, bu Gəncə nəyə görə belə olsun? Gəncəlilərin hamısının fikri, xəyalı bu xalqa qulluq eləməkdir.   

F.X.Quliyev - Baş nazirin birinci müavini: Hörmətli Prezident! Təxminən axşam saat 10-a 15 dəqiqə qalmış mənə zəng edib dedilər ki, təcili olaraq sizin yanınıza müşavirəyə gəlim. Mən bütün bu vaxt ərzində hadisələrin nə cür inkişaf etməsinin şahidi oldum. Bilirəm ki, Siz neçə dəfə Baş naziri çağıtdırdınız, bunlar mənim gözümün qabağında oldu, Vaqif Axundov bir neçə dəfə Surət Hüseynovun qəbul otağına zəng vurdu, istədi ki, aydınlaşdırsın məsələ nə yerdədir. Baş nazir haradadır, heç bir cavab almadı. Mən bilirəm ki, bu keçən müddətdə Surət Hüseynovu tapa bilmədilər. Orada qapı bağlı idi. Oleq qapını döyə bilmirdi. Bunu şəxsən mən öz gözümlə görmüşəm.

Gəncədə baş vermiş çevrilişə münasibətimə gəldikdə isə, deməliyəm ki, bu hadisə çevriliş əməliyyatının bir hissəsidir. Bu, mənim şəxsi fikrimdir. çevrilişin bilavasitə və dolayısı ilə bütün iştirakçılarını qətiyyətlə pisləyirəm. Mən hesab edirəm ki, onlar, ümumiyyətlə, bu respublikanın vətəndaşı olmağa layiq deyillər. 

H.Ə.Əliyev: Yaxşı, əyləşin. Siz, hərbi prokuror, gec gəldiniz. Bu Gəncə hadisələri ilə əlaqədar nə deyə bilərsiniz?

N.İ.Təhməzov - respublikanın hərbi prokuroru: Hörmətli Prezident, gecə ilə orada patrul qüvvələri tərəfindən 54 nəfər saxlanılmışdır. Tam müəyyənləşdirilib ki, Gəncədə hakimiyyət və bütün idarə orqanları bir qrup silahlı dəstənin əlinə keçmişdi. Bu, yalnız dövlət hakimiyyətini ələ keçirmək cəhdindən ibarətdir. Bakıdakı hadisələrdən istifadə edilmişdir. Onlarda xeyli miqdarda silahlar tapılıb, müxtəlif silahlar. Gəncə Daxili İşlər İdarəsi rəisinin verdiyi məlumata görə, o özü bu hadisələrin qarşısını almaq üçün müəyyən cəhd göstərsə də, ayrı-ayrı qüvvələr "bizə yuxarıdan göstəriş veriblər, biz bunu icra etməliyik" deyib onu rədd eləyiblər. Digər tərəfdən, faktlar göstərir ki, konkret olaraq bu iş ciddi surətdə təşkil edilmiş və qarşısının alınmasına cəhd göstərən hər hansı bir qüvvəni məhv etməyə hazır olan adamların hərəkətləridir.

İlkin məlumatlara görə, bu, idarə edilən, yuxarıdan idarə edilən və ciddi surətdə nəzarət olunan bir hərəkətdir. Hamısı hökumətin başçısından narazılıq ifadə edir və bildirirlər ki, konkret olaraq, Surət Hüseynovun fəaliyyəti ilə əlaqədardılar...

R.B.Quliyev: Orada zirzəmidən də adamlar çıxıb.

H.Ə.Əliyev:  Nə adamlar?

R.B.Quliyev: Adamları zirzəmidə saxlayırmışlar. üçtəpədən qaçanda onları öldürməyə imkan tapmayıblar... Mən Surətə məsləhət verərdim ki, hadisəyə münasibətini, peşmanlığını bildirib, Prezidentdən üzr istəsin.

S.D.Hüseynov: Kim dedi mən peşmanam? Mən o işi eləsəydim, deyərdim. Mənim o işdən xəbərim yoxdur. 

R.İ.Usubov: Cənab Prezident, Səfixanov əvvəlcə Nəqliyyat Polisi İdarəsinin rəisi idi. Mən ona fikir verirdim, görürdüm ki, işin öhdəsindən gələ bilmir. Onu çıxarmaq istəyəndə dəfələrlə mənə dedi ki, bəs buna Surət müəllim razı olmayacaq. Surət müəllim Prezidentlə danışacaq, belə çıxır ki, Surət müəllimin yaxın adamlarını siz vəzifədən götürürsünüz. Mən dedim, Surət müəllimin yaxın adamlarını çıxarmıram, sən bu işin öhdəsindən gəlmirsən, ona görə. Sonra da elə oldu ki, biz onu İnterpola təyin elədik, gördük orada da işləmir və ümumiyyətlə, işlə məşğul deyil. İşdən çox belə başqa-başqa hərəkətlərlə məşğuldur. Gəncəyə tez-tez gedirdi. Və əməliyyat məlumatları da var idi ki, bunlar artıq vəzifə bölürlər. Bu məlumatları yoxlayırdım, görürdüm ki, doğrudan da bu hərəkətlər var, hazırlıq işləri gedir. Tez- ez üçtəpəyə gedirdi, orada adamları başına yığırdı. Xüsusən Kəramət və onun yaxın adamları ilə, yun zavodunun direktoru Budaqovla tez-tez görüşürdü. Məlumatlar da gəlirdi ki, bunun atası tez-tez Moskvaya gedir, Moskvada Ayaz Mütəllibov guya dövlət çevrilişində gələcək bura, prezident olacaq. Hətta iş o yerə çatıbdır ki, Ayaz Mütəllibova yaxın olan adamlar buradan yox, gedib Gəncədən uçurlar. Gedib onunla görüşürlər. Mən bir neçə dəfə onunla söhbət elədim ki, sən polkovniksən, sən polis işçisisən, bu oyunlara, siyasi oyunlara girmə.  

H.Ə.Əliyev: Vaqif Axundov.

V.Ə.Axundov: Sizin nazirə verdiyiniz suala - Səfixanov nə işlə məşğul olub sualına mən də cavab vermək istərdim. Deməli, Nəqliyyat Polisi İdarəsinin rəisliyindən çıxıb İnterpola rəis təyin olunandan sonra onun "Mersedes" xidməti maşını vardı. Baş nazirin göstərişi ilə ona rəsmi icazə verilib ki, həmin maşın bilavasitə Baş nazirin yanına gəlib getsin, həyətə girsin. Mən ona öz etirazımı bildirdim ki, daxili işlər nazirinin özünü belə biz ora buraxmaq üçün icazə alırıq. Onun maşınla gəlib bilavasitə Nazirlər Kabinetinin həyətinə girməsi qeyri-qanunidir. Sadəcə olaraq, bu məsələlər haqqında Surət müəllimlə söhbətlər olurdu, ikincisi də, bu, bilavasitə təhlükəsizlik məsələləri ilə bağlıdır. Onda mən rəsmi məktub istədim və mənə rəsmi məktub verdilər ki, bu "Mersedes" maşına İlqarla bir yerdə icazə verilib ki, hər gün gəlib ora girsin. Gedib birinci qapıdan, yəni Baş nazirin bilavasitə iş yerinə gedən qapıdan girirdi. Gəncə hadisəsinə iki gün qalmış səhərdən axşama qədər o, Nazirlər Kabinetində otururdu. Mən soruşurdum ki, bunun iş yeri-zadı yoxdur, səhərdən axşama kimi gəlib oturub burada? Gəncə hadisələrinə 1-2 gün qalmışa qədər bilavasitə Nazirlər Kabinetində olub.     

H.Ə.Əliyev: Surət, səninlə biz işə başayandan mən sənə demişəm ki, cavan adamsan. İş təcrübən, böyük bir vəzifəni aparmaq təcrübən yoxdur. Ancaq müəyyən bir şəraitdə sənin Baş nazir olmağını da mən təklif etmişəm. Dəfələrlə sənə demişəm ki, əgər doğrudan da bir dövlət işçisi olmaq istəyirsənsə, bu yolla getmək istəyirsənsə, işlə məşğul ol, mənim də təcrübəmdən istifadə et. Mən də sənə hansı köməyi istəyirsən, hansı kömək lazımdırsa etməyə hazıram. Mən bunu dəfələrlə sənə demişəm. Sən də dəfələrlə mənə demisən ki, sən sadiqsən, hörmət eləyirsən və bir yerdə də işləyəcəyik.

Ancaq sənin bəzi əməllərinlə mənim fikirlərim düz gəlmirdi, mən bunu görürdüm. Xüsusən axır aylarda sən çox lazımsız işlər görürsən. Məsələn, "Respublika" qəzetini demək olar ki, Prezidentə qarşı müxalifət qəzetinə çevirmisən. Mən neçə dəfə sənə demişəm ki, Azərbaycanın Konstitusiyasında dövlət strukturu belədir ki, Nazirlər Kabineti kabinetdir. Respublikada hakimiyyət Prezident usuli-idarəsidir. Nazirlər Kabineti Prezidentin bir strukturudur. Və Nazirlər Kabinetini Prezidentə, Prezident Aparatına qarşı qoymaq olmaz. Bunu mən sənə dəfələrlə demişəm.

Sən ilk dəfə bura gələndən səlahiyyətlər uğrunda mübarizəyə başladın. Mən sənə dəfələrlə, saatlarla başa salmağa çalışdım ki, Nazirlər Kabinetinin Baş naziri kimi sənin bütün səlahiyyətlərin var. Bundan artıq sənə səlahiyyət lazım deyil. Bu mübarizəyə Rəhim Qazıyev də qoşuldu, sən bunu yaxşı bilirsən. O da mənim yanıma gəldi, hətta Milli Məclisdə dedi ki, Nazirlər Kabinetinin səlahiyyəti yoxdur. Əlikram Hümbətov bu məsələyə qoşuldu. Əlikram Hümbətov orada hərəkət edəndə mənə məlum idi ki, Rəhim Qazıyev də, sən də deyirdin ki, Heydər Əliyevə gərək təzyiqlər eləyək. Bu, mənə məlumdur.

S.D.Hüseynov: Mən elə şey deməmişəm.

H.Ə.Əliyev: Bunu mənə Nəriman İmranov deyib. İndi mən bunları heç sübut etmək də istəmirəm. Ancaq sənin sözünə qarşı deyirəm. Həmin Əlikram Hümbətov o işlərlə məşğul olanda mən səni göndərdim. Dedim, get, bunu yoluna qoy. Sən mənə neçə dəfə dedin ki, mənim əlimdə bir şey deyil. Getdin Lənkərana... Ondan sonra bizim başımıza nə işlər gəldi?.. Bunlar hamısı keçib gedibdir. Sonra sən onu gətirdin mənim yanıma. Yadındadır? Rəhim Qazıyev istədi girsin mənim yanıma? Yarım saat Rəhim Qazıyevlə mübahisə getdi. Əlikram Hümbətov təkid edirdi ki, Rəhim Qazıyev burada oturmalıdır. Mən dedim, sən mənim işimə dəxalət eləyə bilməzsən, mən kimi istəyirəm, onu qəbul edirəm. Rəhim Qazıyev çıxdı. Ondan sonra Əlikram Hümbətov sənin gözünün qabağında mənə dedi ki, mən səlahiyyətlər verməmişəm Baş nazirə. Amma sən ona bir söz demədin. Sən ona demədin ki, ay kişi, bu sənin işin deyil, sən bu işə qarışma. Mən ona başa saldım ki, bu adamın səlahiyyətləri var, bu, birinci. Bu, sənin işin deyil. Sən kənar adamsan. Əgər bizim aramızda, Prezidentlə Baş nazir arasında və yaxud Prezident vəzifələrini icra edən şəxs arasında bir məsələ varsa, bunu biz aydınlaşdıracağıq.           

Yəni yadına salıram ki, bu, o vaxtlarda olan şeylərdir. O vaxtlar mən sənə başa saldım. Sən, görsənir ki, müəyyən qədər başa düşdün və bu məsələlərdən əl çəkdin. İndi yenidən başlamısan səlahiyyət mübarizəsinə. Götürüb qəzetdə yazmısan ki, səlahiyyətlərim yoxdur. Nə bilim filandır, peşməkandır, Nazirlər Kabineti heç bir şey eləyə bilmir. Götürüb, nə bilim Moskvada müsahibə verirsən ki, Nazirlər Kabinetinin səlahiyyəti yoxdur. Baş nazirin səlahiyyəti yoxdur. Heç bunu mənə deməmisən, sən götürüb qəzet vasitəsi ilə mənə təzyiq eləmək istəyirsən. Axı mən demişəm, yenə də deyirəm. Bizim Konstitusiya da var, qanun da var. Nazirlər Kabinetinin, Baş nazirin istənilən, ona lazım olan səlahiyyətləri var. Ancaq bu məsələləri sənin qaldırmağın, indi bir var ki, məsələləri sən gəlib mənimlə danışasan, bir də var ki, bu məsələləri gedib qəzetlərdə yazasan. Axı bu, ictimaiyyətdə böyük gərginlik yaradır. Gərginlik yaradır ki, bəli, Baş nazirlə Prezident arasında anlaşılmazlıq, nəinki anlaşılmazlıq, qarşıdurma yaranıb. Və belə şey olar ki, sən bir tərəfdən deyirsən ki, bəli, Siz Prezidentsiniz, bir yerdə işləyirik, Sizə sadiqik və s. Digər tərəfdən də "Respublika" qəzetində bəyanat verirsən. Mən səni iclasa dəvət edirəm gəl oturaq. İclasda sən danışmırsan, gedirsən, sonra sənin adamlarındır, kimlərdir, yazırlar, nə yazırlar, yəqin ki, ona qol çəkirsən, ya qol çəkmirsən. Belə şeylər olarmı? Belə şeylər yarayarmı? Belə işləmək olarmı?

Sənə hələ, - mən sənin üzünə deyirəm və bu adamların da içində deyirəm, - təcrübənə görə, biliyinə görə, savadına görə Baş nazir olmaq üçün neçə il işləməlisən. Səndə bu yoxdur. Mən səni bu vəzifəyə təklif eləyəndə də, təyin eləyəndə də bilirdim ki, bu yoxdur. Ancaq sənin bəzi keyfiyyətlərini nəzərə alaraq, bunu etdim. Və bu, mənim həyatımda qeyri-adi bir hal idi. Mən bunu etdim. Amma eyni zamanda dedim ki, gəl bir yerdə işləyək, sən xırda-xırda təcrübə topla, öyrən. Sən təcrübə toplamaq əvəzinə, başlayırsan, bəli, o gecə keçirilən mətbuat konfransında deməyə ki, hakimiyyət mənim əlimdəydi, mən hakimiyyəti Heydər Əliyevə verdim. Hansı hakimiyyət sənin əlində idi? Sən hakimiyyəti Heydər Əliyevə verdin? Bu nə məsələdir, bu nə söhbətdir? Bu, birincisi. 

İkincisi, nə ixtiyarla danışırsan sən. Bir bu deyil həmin o qəzetlərdə aparılan işlər, əlillərin bura gətirilməsi, sonra cürbəcür hərəkətlər, həmin o Nüsrətdir, nədir, sən onu gətirmisən bura, o, burada camaatı, aranı qarışdıranlardan biri idi. Mənə Nəriman İmranov da dəfələrlə deyibdir ki, səninlə danışıbdır. Sən onu gətirmisən bura, nə bilim, "Nicat" Cəmiyyəti düzəltmisən, o, deyib ki, pul paylayır. Haradan bu pulu paylayır? O yerdən pul çıxarır, pul kəsir? Onun babasının pulu varmı? İndi mən səndən soruşuram, yaxşı, bu pul haradandır ki, siz pul paylayırsınız? Sən mənə başlayırsan ki, nə bilim, mənim atam dövlətli olub, babam dövlətli olub, mənə dövlət qoyub gedibdir, mən də paylayıram. Amma belə şeylər inandırıcı deyil.

Nüsrət Budaqovun gedib pul paylaması, insanları rus demişkən, "podkupit" eləməsi, insanları satın alması bizim dövlət qanun-qaydasına uyğun olmayan bir şeydir. Əgər bunu təkbaşına özü eləyə bilsəydi, bu, başqa məsələ. İndi bizim Azərbaycanda bəzi adamlar qeyri-qanuni işləyir. Amma bu adam səninlə bağlıdır. Hətta bir dəfə Ramil Usubov həmin o üçtəpəyə gedəndə nə hay-küy salmışdılar orada. Götürüb həmin, sən deyirsən, nə bilim, Nazirlər Kabinetinin qonaq evidir, nəyidir, onun üstündə yazı yazıb, lövhə yazıb qoymusunuz ki, bəli, bu "Nicat" Cəmiyyətinin idarəsidir.

S.D.Hüseynov: Müvəqqəti sığınacaq vermişəm onlara.

H.Ə.Əliyev: Necə yəni "müvəqqəti sığınacaq", bu, qaçqın-zad deyil ki, müvəqqəti sığınacaq verəsən.

S.D.Hüseynov: Yox, sadəcə, yerləri yox idi...

H.Ə.Əliyev: Sən özün mənə dedin ki, bunu sən yaratmısan.

S.D.Hüseynov: Bəli, mən yaratmışam.

H.Ə.Əliyev: Bunu Nüsrət eləyib, kim eləyib, belə şey olmaz. Bunlar qanunsuz şeylərdir.

Sən Baş nazirsən. Baş nazir ancaq dövlət çərçivəsində hərəkət eləyə bilər. Baş nazir dövlət çərçivəsindən kənarda heç bir hərəkət eləyə bilməz. Mən bir ildən artıqdır Prezidentəm, ondan qabaq da bu vəzifəni həyata keçirmişəm. Burada Prezident Fondu var, valyuta fondu var. Hamı getsin yoxlasın. Bir manat da, bir dollar da mən oradan götürüb istifadə eləməmişəm. Bu, məndən qabaq yaranmış fonddur. Mən yaratmamışam. Məndən qabaq yaranmış Prezident Fondudur. Orada valyuta da var, manat da var. özü də çatacaq qədər. Mən elan edirəm, gedin yoxlayın. Bir dollar da, bir manat da oradan götürüb istifadə eləməmişəm. Amma qeyri-qanuni, haradansa o "Nicat"dır, ya nədir, pul yığır, gətirib orada pul paylayırlar, burada pul paylayırlar. Yenə də deyirəm. O, özbaşına eləsə, onun işidir. Amma bu, sənin iştirakın ilə olur, sən ona himayədarlıq eləyirsən. Sən eləyirsən bunu. Belə şeylər, mən sənə demişəm, olmaz. Bir var sənin əvvəlki vəziyyətin - komandir idin, başqa bir vəzifədə idin, yaxud yun fabrikinin direktoru idin. Amma indi sən Baş nazirsən. Nazirlər Kabinetinə rəhbərlik eləyirsən və Prezidentin strukturunun bilavasitə davamısan. Mən sənə neçə dəfə demişəm, ola bilər ki, Prezidentlə parlament arasında müəyyən bir anlaşılmazlıq olsun. Bu, ola bilər. Bunların arasında ziddiyyət ola bilər.

Sənə dəfələrlə demişəm. Əgər qanun-qaydanı bilmirsənsə, öyrənməlisən. Bilmirsənsə, mən sənə izahat verirəm. Ola bilər, belə də olur dünya praktikasında ki, Prezidentlə parlament arasında ola bilər ziddiyyət olsun, ola bilər ayrı-ayrı fikirlər olsun. Amma Nazirlər Kabineti Prezidentin Kabinetidir. Bu, Prezidentin strukturudur. Bu, müstəqil bir orqan deyil. Mən sənə bunu neçə dəfə demişəm? Demişəm ki, sənin nə sözün var, oturaq işləyək, nə təklifin var, gəl de, nə işin var, de. Yoxsa, sən qəzetdə yaz ki, səlahiyyətim çatmır, filan çatmır, filan adamı mən çıxarda bilmirəm. Neçə dəfə gəlmisən ki, icazə ver, bu nazirləri çıxardım atım, filan eləyim? Mən burada anarxiya yarada bilmərəm. Əgər mən Prezidentəmsə və xalq məni seçibsə, mən son dəqiqəyə qədər bu vəzifəni icra edərkən anarxiyaya yol verməyəcəm və heç kəsi də qoymayacağam. Sən anarxiyaya öyrənmiş adamsan, mən sənə icazə verim ki, burada nə istəyirsən eləyəsən? Mən bunu eləyə bilmərəm...

Mən sənə başa saldım, oğlum yerindəsən, gəl otur, işlə, gəl bir yerdə işləyək. Mənim iş stajım sənin yaşından iki dəfə çoxdur. Dünyanın hər üzünü görmüşəm, bütün mərhələləri keçmişəm. Ola bilər, kimsə mənim təcrübəmə qiymət vermir. ümumi şəkildə bu məlumdur ki, mənim təcrübəm böyükdür. Yaxşı, mən dedim, hazıram bu təcrübəmi sənə verməyə. Sən başlamalısan qəzetlərdə ki, orada səlahiyyət, burada səlahiyyət, burada yazmaqdan başqa, götürüb Moskva qəzetində vermisən ki, səlahiyyətlər yoxdur, mənə səlahiyyət verilməyibdir. Harada verilməyibdir? 

Ona görə sən düz yolda deyilsən, mən sən dəfələrlə demişəm, düz yolda deyilsən. Mən səni dəfələrlə düz yola dəvət edirəm, amma təəssüf ki, sən bunu qəbul etmirsən.

İndi bu axırıncı hadisə. Axırıncı hadisə baş verəndə mən səninlə bir yerdə idim. Səni dəvət eləmişəm, bir yerdə oturmuşuq, bir yerdə danışmışıq, bir yerdə söhbət etmişik, bax burada da, o birisi otaqda da. Həmişə danışmışıq. O gün də ki, mən Rövşən Cavadova müraciət elədim, sonra R.Cavadovun atası getdi onun yanına, Bəxtiyar Vahabzadə isə gəldi mənim yanıma, danışdıq. Mən ona dedim həmin axşam, demək, bu ayın 3-də olan məsələ idi. Dedi ki, bəs istəiyr Sizin yanınıza gəlsin, dedim, gəlsin. Sənə yenə götürdüm telefon elədim, dedim ki, mənə elə gəlir ki, artıq məsələni sülh yolu ilə həll eləyirik. Hətta mən razılıq verdim. Yaxud da ki, o gecə onlar silahla prokurorluqdan çıxıb getdilər. Yenə də mən sənə səhərə yaxın zəng elədim ki, mən razılıq verdim silahlarla çıxıb getsinlər. Bunların hamısını mən səninlə məsləhətləşdim. Bir yerdə həll elədik. Sən yanımda olmayanda mən sənə telefon eləyirdim.

Bu hadisələr, Gəncə hadisələri ayın 4-də baş veribdir, - burada OMON-la olan məsələ artıq həll olunmaqda idi. Axşam Rövşənin atası getdi, qayıtdı gəldi, dedi ki, Rövşən deyir yorulmuşam. Sabahı təqribən saat neçədə onun yanından qadınlar gəldilər, onun yanından başqa adamlar gəldilər. Mən burada siyasi partiyalarla da görüşdüm, onlar da dedilər, bəli, sabah Rövşən gələcəkdir Sizin yanınıza danaşığa. Ayın 4-də təxminən 1-də dedim ki, bəs nə oldu? Götürdüm telefon elədim, dedi ki, bəli, mən gəlirəm, sonra məlum oldu ki, təhlükəsizliyindən qorxur. özü mənə telefonla dedi ki, Arif Muradverdiyevi göndərin. Göndərdim Arif Muradverdiyevi. Ondan sonra telefon elədilər, atası da bura gəlmişdi, bizim yanımıza. Oradan telefonla Arif Muradverdiyev dedi ki, bunun təhlükəsizliyi üçün başqa adam lazımdır. Nəcməddin Sadıqovu göndərdim. Axşam saat 7-də gəldilər, mənə dedilər ki, bəli, Rövşən dedi ki, mən yorulmuşam, belə vəziyyətdə mən Prezidentin yanına getməyə utanıram. Ona görə də sabah gələrəm. Yaxşı.

Ondan sonra oturmuşduq, fikirləşirdik ki, bəli, sabah nə eləyək, nə təhər eləyək. Gəncə hadisələri baş verdi. Bu müddətdə, həmin o gün iki-üç dəfə sən mənə telefon etdin və dedin ki, mən qalmışam burada, oturmuşam. Mənim də qüvvələrim var. Siz mənə imkan verin, qüvvələrimi hərəkətə gətirim, bunların qarşısını alım. Bu sözləri sən mən demisən. Mən də dedim ki, bu məsələni sən özün dedin sülh yolu ilə həll eləyək, sülh yolu ilə də həll edəcəyik. Ona görə də hələ tələsməyək. Sən mənə dedin ki, axı belə olmaz, gəlib bizi burada vurub dağıdacaqlar, mən buna dözə bilmərəm. Bu sözləri sən mənə dedin. Dedim ki, mən güman edirəm, bizi dağıda bilməzlər, ancaq sən tələsmə. Sən mənə neçə dəfə təklif elədin ki, həmin ayın 4-də imkan ver, mənim qüvvələrim var, mən qüvvələri gətirim və bu məsələləri həll eləyim...

Mən də sənə dedim ki, hələ bir az dözək, indi bir halda ki, bu günlər gəlmədi, sabah gələcəkdir. Bu sözləri mən sənə dedim, elədirmi? Amma səninlə danışıqlarda saat 8-ə qədər sən bir dəfə mənə demədin ki, Gəncədə nə hadisə baş veribdir, Gəncəyə kimisə göndərmisən, hansına məlumat gəlib Gəncədən sənə. Sən mənə Gəncə haqqında bir kəlmə demədin. Mənim də Gəncə haqqında heç bir məlumatım yox, Gəncədən heç bir narahatlığım yox, ancaq hadisə baş verdi. Yəni Gəncədən ilk məlumat gəldi, mən sənə telefon etdim. Sən mənə qayıtdın ki, mənim heç bir şeydən xəbərim yoxdur, icazə verin, mən bu məsələni araşdırım. Əgər sən indi deyirsən ki, eşitmişdin orada diversiya ola bilər, orada nəsə ola bilər, ona görə Tacibovu, Səfixanovu göndərmişdin ora ki, orada qanun-qayda yaratsınlar...

Əgər belə bir şey var idisə, sən mənimlə telefonla bir neçə dəfə danışmısan, mənə deyəydin. Deyəydin, Heydər Əliyev, burada belə məsələ var, Gəncədə belə hadisə baş verə bilər. Sən bunu mənə deyəydin. Sən ancaq mənə bir-iki dəfə dedin ki, buna dözmək olmaz, bunlar gəlib bizi vurub dağıdacaqlar, mənim də qüvvələrim var, mən bundan istifadə eləyə bilərəm. İcazə verin, mən bunlardan istifadə eləyim. Mən də dedim ki, bu gün dözmüşük, bu gün gözlədim, saat 1-də gəlmədi, sabah gələcək...

S.D.Hüseynov: Ondan sonra Siz burada Bəxtiyar Vahabzadə ilə görüşdünüz.

H.Ə.Əliyev: Onu qatma, bu, ondan qabaqkı gün idi, ayın 3-də görüşmüşəm.       

S.D.Hüseynov: 4-də, bilmirəm, burada partiyalarla görüşürdünüz.   

H.Ə.Əliyev: Yox, bu da ayrı şeylərdir, o, ayın 3-də idi.    

S.D.Hüseynov: Nəsə, fikrimdən çıxıb indi.

H.Ə.Əliyev: Ayın 3-də biz bir yerdəydik. Sonra mən sənə telefon eləyəndə ki, Gəncədə hadisələr baş verib, sən dedin mənim heç bir şeydən xəbərim yoxdur. İcazə verin, mən araşdırım...  Bir azadn sonra məsələlər aydın oldu ki, orada nə hadisə baş verib, mən sənə telefon elədim ki, ay kişi, zəbt eləyiblər, oranı zəbt eləyiblər, buranı zəbt eləyiblər, tez gəl bura, məsələləri araşdıraq. Mən sənə dedim. Sən dedin ki, mən hələ bu məsələləri dəqiqləşdirib sonra gələcəyəm. Mən sənə dedim, dur gəl. Sən dedin, dəqiqləşdirim. Mən dedim, dur gəl, bununla da danışığımız qurtardı. 10 dəqiqə keçdi, sən gəlmədin. Bir də zəng etdim, dedim, axı mən səni gözləyirəm, gəl bu məsələni aydınlaşdıraq. Sən dedin, gəlirəm. Ondan sonra 15 dəqiqə keçdi, yenə gəlmədin. Ondan sonra mən başladım düyməni basıb sənə telefon eləməyə. 5 dəqiqədən bir telefon eləyirəm, cavab vermir, telefon eləyirəm, cavab vermir, belə şey olmamışdı indiyə qdər, bu bir ilin içində... 

S.D.Hüseynov: Mən əliboş Sizin yanınıza niyə gələydim?

H.Ə.Əliyev: Necə yəni əliboş?

S.D.Hüseynov: Gəncədə nəsə baş veribsə, mən bunu bilməliyəm ki, Sizə məlumat verim. 

H.Ə. Əliyev: Yaxşı, bəs mənim telefonlarıma niyə cavab vermirdin?

S.D.Hüseynov: Mən arxadakı otağa keçmişdim. Orada idim də.

H.Ə.Əliyev: Niyə cavab vermirdin? Sən arxadakı otaqda eşitmirdin?

S.D.Hüseynov: İki gündür yatmırdıq, yanınızdaydıq da.

H.Ə.Əliyev: Mən də yatmırdım. Nə oldu, sən getdin yuxuladın?

S.D.Hüseynov: Yuxulamadım mən, bir qismət çörək yedim də.

H.Ə.Əliyev: Bir qismət çörək yeyəndə sənin adamların gəlib sənə deyə bilməzdilər ki, Prezident səni çağırır? Bəlkə bura bomba düşüb...  Bəs necə olur, televiziyada çıxış edib sənin adını çəkən kimi sən mənə telefon etdin? Sən məndən narazılıq etdin ki, Siz niyə belə demisiniz. Mən sənə dedim, bu belədir, buna görə. Buna görə, artıq bunları danışdım sənə. Mən sənə dedim, dur gəl bura. Dedin ki, daha niyə gəlim? Xatirindədirmi? (S.D.Hüseynov başı ilə təsdiq edir) Dedim, dur gəl bura, araşdıraq məsələni. Sən dedin ki, mən daha niyə gəlim? Mən gəlmirəm. Sonra sən mənə dedin ki, Nəriman gəlir ora, o, mənim sözlərimi Sizə deyər. Dedim ki, Nəriman mənə lazım deyil. Mən sənə deyirəm, dur gəl bura, vəziyyət gərdindir, biz danışmalıyıq. Sən dedin ki, biz onsuz da çox vaxt Nərimanın vasitəsilə danışmışıq, qoy Nəriman gəlsin, mənim sözlərimi Sizə desin. Sən yenə də gəlmədin mənim yanıma. Nərimanla biz söhbət elədik. Nəriman dedi ki, mən televiziyada bu məsələni eşidən kimi götürdüm telefon elədim Surətə...  Surət mənə dedi ki, mən o adamları ora göndərmişdim ki, orada o qüvvələri hazırlasınlar, gətirsinlər bura, Bakıda bu məsələnin qarşısını almaq üçün...  Mən sənə dedim, mənim haqqım var sənə söz deməyə. Mən Prezidentəm, sən mənə tabesən...  Mən sənə demişdim gəl. Sənin nə ixtiyarın var gəlməyəsən? Bura dərəbəylik-zad deyil ki? Sən mənim yanıma adam göndərdin, vasitəçi. Nəriman da gəldi bu sözləri mənə dedi. Dedi ki, böyük səhv eləyibdir, səhvini başa düşüb... 

Nərimanla danışdıq, mən Nərimana dedim ki, get onu yenə başa sal. Bir halda ki, gəlmədi, düz iş görmədi, çox böyük səhv buraxdı. Get onu başa sal. Və sən gəlmədin, axşam da çağırdım, gəlmədin. Gəncə hadisələri də belə baş verdi və məlum oldu ki, Gəncə hadisələrini təşkil eləyən Səfixanov, Tacibov, Kəramət, nə bilim Aytəkindir, nədir. Kimdir Kəramət, gəl açıq danışaq?

S.D.Hüseynov: Batalyon kamandiri olub də.

H.Ə.Əliyev: Olubdur, o indi, bu gün kimdir?

S.D.Hüseynov: Bu gün də "Nicat" Komitəsinin müavinidir.

H.Ə.Əliyev: Yaxşı, onun nə ixtiyarı var silahlı qüvvə saxlasın?

S.D.Hüseynov: Silahlı qüvvə deyəndə, köhnə döyüşçülərdir.

H.Ə.Əliyev: Yox, nəyə görədir?

S.D.Hüseynov: Rayonlarda olan şəhidlərin aylıq maaşlarını paylayırlar, şəhid ailələrinə.

H.Ə.Əliyev: Nə ixtiyarı var orada hakimiyyəti zəbt eləsin?

S.D.Hüseynov: Səhv eləyib.

H.Ə.Əliyev: Nə ixtiyarı var?

S.D.Hüseynov: Qələt eləyib.

H.Ə.Əliyev: Birinci dəfə qələt eləməyib axı. Qabaqkı qələtlərini biz bağışladıq. Amma indi dövlət orqanlarını çeviribdir. Necə yəni? Qan tökülübdür! 3 nəfər həlak olubdur, 4 nəfər yaralanıbdır. Belə şey olar?!

S.D.Hüseynov: Bu tərəfdən də ölüb də, Heydər Əliyeviç, bu tərəfdən ondan da çox ölüb.

H.Ə.Əliyev: O tərəfdən də ölən Azərbaycan vətəndaşıdır, bu tərəfdən də ölən. Ancaq bir fərqi var. Onlar hərbi xidməti yerinə yetiriblər, o tərəfdən isə kimdir, nəyə görə silah götürübdür?.. Buna görə də mən səndən çox narazıyam, bu hərəkətlərinə görə və o axşam sənin mənim yanıma gəlməməyin, sənin adamlarının orada olmağı mənə əsas verir deyim ki, sən bu işin iştirakçısısan.

S.D.Hüseynov: Mən bu işin iştirakçısı deyiləm.

H.Ə.Əliyev: Hər kəs öz sözünü deyir.

S.D.Hüseynov: Mən özüm-özümü devirəsi deyiləm ki.

H.Ə.Əliyev: Bəli, sən özün-özünü devirəsi deyildin, amma sən aranı qarışdırmaq istəyirdin.

S.D.Hüseynov: Mən istəməmişəm. Mən aranı qarışdıran olsaydım, elə deyərdim ki... 

H.Ə.Əliyev: Sən bu işin iştirakçısısan... Bu, mənim fikrimdir. Ona görə də mən birinci dəfə televiziyada dedim ki, mən Surət Hüseynovu tapa bilmədim. Ondan sonra mən səni çağırdım ki, gəl məsələni araşdıraq, sən gəlmədin.

S.D.Hüseynov: Mənim xətrimə dəydi bu.

H.Ə.Əliyev: Və sən gəlmədiyinə görə, Nəriman İmranovu mənim yanıma göndərdiyinə və ondan sonra da gəlmədiyinə görə mən də mitinqdə hər şeyi açıq dedim. Bu gün də sənə açıq deyirəm. Sən böyük günahlar eləmisən və sənin əgər doğrudan da ədalətin var, gərək öz günahını boynuna alasan, etiraf eləyəsən və başa düşəsən. Fikirləş, əgər Nəriman İmranovun mənim dediyim sözlərə etirazı varsa, buyursun.

N.Ş.İmranov: Ayın 3-də mən gəldim Baş nazirin yanına, oradan zəng elədik Rəsul müəllimə ki, mən də buradayam, vəziyyət gərgindir Bakıda. Nəsə adam evdə otura bilmir. ümumiyyətlə, adam otura bilmir, vəziyyət hesabına yox, vicdan hesabına otura bilmir evdə. Və həmin axşam Sizin müraciətiniz olanda mən evdə oturmuşdum. Məni vahimə basdı, çünki deyir, fikir bir yerə gedir, güman bir yerə. Baş nazir haradadır? Və tez daxili telefonla yığıb zəng elədim köməkçisinə, dedi ki, Baş nazir yerindədir. Birləşdirdilər, dedim, eşitdiniz televizorda? Dedi, eşitdim. Dedim, gəlirəm ora. Mən Sizin çıxışınızın axırını gözləmədən gəldim Nazirlər Kabinetinə, dedim nə məsələdir? Dedi, burada elə bir problem yoxdur. Burada anlaşılmazlıq olub. Uşaqlar gediblər Gəncəyə. Dedi, bəs müəyyən qüvvələr var, rayonlarda da baş qaldıra bilər, Bakıda da baş qaldıra bilər. Rövşən Cavadovun da məsələsi gərginləşir. Ona görə uşaqlara tapşırmışam ki, getsinlər yerlərdə olsunlar, Gəncə böyük regiondur, böyük zonadır, hər ehtimala qarşı müəyyən qüvvələri toplamaq lazımdır, nə imkanımız var. 

Dedim, bu hadisə də olub, uşaqlar gediblər ora, bu sizin adınızla bağlı olacaq. Gəncədə hər bir proses, iki nəfərin bir-biri ilə dalaşması da, sizin adınızla bağlanacaq. Ona görə də özünüzə qarşı bir az diqqətli olun...  Elə sənin dəstənin içərisində, o Nüsrətdir, Kəramətdir, Kəraməti, ümumiyyətlə, heç mən də tanımıram, Ayparadır, ondan sonra Sadaydır, dedim, bunlar da ara qarışdırmağa meyl göstərən adamlardır. Dedim, bunlar sizin silahdaşlarınızdır, sizə etibarlı adamdır. Hər etibarlı adam ağıllı ola bilməz. çox kobud misal çəkdim. Dedim, ağıllı ev sahibinin həmişə həyətində dördayaqlı bir hevan olur, amma xozeyininə ağıl verə bilməz. Axı hər sadiq adam, vaxtilə bir yerdə işlədiyin adam sənə ağıl verə bilməz. Sən Baş nazirsən, ehtiyatlı olmaq lazımdır...

H.Ə.Əliyev: Mən artıq hesab edirəm ki, sənin Baş nazir işləməyə mənəvi hüququn yoxdur. Mən səni bu vəzifədən azad eləyirəm və bu təklifi Milli Məclisə verirəm.   


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#8 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 19 Январь 2015 - 23:45

Исторические кадры возвращения ГА к власти

ГА избирают председателем Верховного Совета АзР 15.06.93


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#9 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 22 Июнь 2015 - 21:13

Передача АНС от августа 1993 года об "ТМР"


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#10 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 18 Март 2016 - 17:23

Сегодня Н.Байрам написал очень хороший пост, где ясно и четко изложил, что за убийствами А.Джалилова и Ш.Рагимова стояли Р.Гулиев (как заказчик) и М.Джавадов (как организатор). 

 

Əgər haçansa Azərbaycan siyasətində ən əqidəsiz, əxlaqsız, vicdansız “proxodimets” seçilsə, finala heç şübhəsiz, Rəsul Quliyev çıxacaq və(Fərəc Quliyevi keçə bilsə) bu adı qazana bilər. 

Buradan tam məsuliyətlə deyirəm, 94-cü il oktyabr böhranın və 95 il mart hadisələrin arxasında bilavasitə Rəsul Quliyev dayanmışdı. Bunlar o hadisələrlə bağlı istintaq materiallarında da əksini tapmış faktlardı. Sadəcə, hazırda bunun həyatda olan təşkilatçıları tam həqiqəti söyləyə bilmirlər- maraqlarına ziddi. Ona görə Mahir Cavadov öz uydurmasını, Rəsul Quliyevsə öz uydurmasını danışır. Ancaq bu iki adamı vaxtilə təşkil etdikləri və bilavasitə rəhbərlik etdikləri iki terror aktı birləşdirir- Şəmsi Rəhimovun və Afiyəddin Cəlilovun qətilləri. 
Bu qətillərdə və (geniş kütləyə məlum olmayan) Rəsul Quliyevin təşkil etdiyi digər terror cəhdlərində Rəsul Quliyevin məqsədi şəxsi hakimiyətinə yolu təmizləmək olmuşdu. O, bu cinayətlərdə həmfikir və şərik kimi Mahir Cavadovla işbirliyi yaratmışdı. Mahirin məhz paranoidal xüsusiyətləri onu Rəsul Quliyev üçün uyğun alət etmişdi. 
29 sentyabr 94-cü ildə baş vermiş Şəmsi Rəhimovun və Afiyəddin Cəlilovun qətillərində məqsəd, həmin vaxt Hyu-Yorkda BMT-nin sessiyasında iştirak edən H.Əliyevin, iki ən yaxın adamının öldürülməsini xəbərini eşidib, qorxub, ölkəyə qayıtmaması hesabı dayanmışdı. Bundan sonra Rəsul Quliyev Ali Sovetin sədri kimi Prezident vəzifələrini icra etməli(daha sonra prezident seçilməli), Mahir Baş Prokuror, bu işlərdən həmin vaxt hələ bixəbər Rövşən Cavadovu isə daxili işlər naziri təyin etməliydi. İndi Rəsul Quliyev özünü çox ağıllı kimi göstərir, ancaq H.Əliyevi qorxub gəlməyəcəyi barədə əbləh “hesablamanın” müəllifi məhz o olmuşdu.
Ancaq əbləhlərin səmimi təəcübünə səbəb, H.Əliyev qayıtdı. Özü də Nyu-Yorkda Suleyman Dəmirəldən onu hər nə olsa dəstəkləyəcəyinə söz alaraq, qayıtmışdı. 
İki gün sonra isti izlərlə Şəmsi Rəhimovun qətlində şübhəli bilinən Mahir Cavadovun sürücüsü, can güdəni(bu ikisi formal olaraq OMON sıralarında xidmət edirdilər) və onların bir dostu həbs olunanda, Mahir Prokurorluğa hücum etdi. O, Rövşəni inandırmışdı ki, bu işə heç bir aidiyatı yoxdu və bu, H.Əliyevin Rövşəni aradan götürmək məqsədilə təxribatıdı. Beləliklə, R.Cavadov və OMON Mahirin vasitəsilə R.Quliyevin siyasi avantyurasına cəlb olundu. 
Dövlət çevrilişi cəhdi baş tutmayandan sonra isə Rəsul Quliyev öz əsl rolunu gizlətmək məqsədilə Mahir və Rövşən Cavadovların və OMONun fiziki məhvində ən maraqlı və bunun üçün ən çox çalışmış adam olmuşdu. 

Rəsul Quliyevin Qarabağ döyüşçülərinə və OMONa yardımları barədə dedikləri də, əlbəttə ki, səmimilikdən uzaqdı. Rəsul Quliyevə o zaman neft şeyxi kimi baxır və gücü çatanlar onu sadəcə “burjuy” kimi “sağırdılar”. O özü də bu rola razıydı, çünki neftebazadakı qaranlıq işlərini ölkədə hər kəs bilirdi.

https://www.facebook...100003071966005


  • джяллад это нравится

«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#11 джяллад

джяллад

    Ряис

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 25 933

Отправлено 18 Март 2016 - 19:03

это правда что Афиятдин был сыном ГА? 

Что можно сказать о Шямси? насколько был опытным кадром?


#12 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 18 Март 2016 - 19:24

 

это правда что Афиятдин был сыном ГА? 

Что можно сказать о Шямси? насколько был опытным кадром?

 

Ну насчет сына  - это слухи. 

 

Шамси Рагимов был очень сильным профессионалом.

Отработал почти всю службу в военной контрразведке.

Если бы его не убили, то он точно стал бы министром МНБ.


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#13 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 18 Март 2016 - 19:37

Шамси Рагимова убил боец ОМОНа Эльчин Алиев, в 2000 году скончался от болезни в колонии.

Убивйший Джалилова боец ОМОНа  по имени Дейанет, получил пожизненное (на нем всего 7-8 убийств) и сейчас отбывает срок.


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#14 джяллад

джяллад

    Ряис

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 25 933

Отправлено 18 Март 2016 - 20:05

Шамси Рагимова убил боец ОМОНа Эльчин Алиев, в 2000 году скончался от болезни в колонии.
Убивйший Джалилова боец ОМОНа по имени Дейанет, получил пожизненное (на нем всего 7-8 убийств) и сейчас отбывает срок.


Как их убили?

#15 Asadulla

Asadulla

    Почетный ветеран

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 33 935
  • ГородМосква

Отправлено 18 Март 2016 - 20:08

Как их убили?

Почерк был один и тот же.

Застрелили в подъезде дома, когда они возвращались домой с работы.

В случае с Джалиловым убили еще и его водителя. Убийца при выходе из подъезда столкнулся с ним и расстрелял из автомата.


«Везде Россия, где властвует русское оружие» (генерал-фельдмаршал И.Паскевич).

 


#16 Ayna73

Ayna73

    Военный эксперт

  • Пользователи
  • PipPipPipPipPip
  • Cообщений: 13 234

Отправлено 31 Март 2024 - 09:01

Кровавые события конца марта 1918 года.Резня азербайджанского населения по этническому признаку
https://t.me/Black1Chat/17591




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 анонимных

Яндекс.Метрика