Перейти к содержимому


Фотография

Конфликт Турция-Израиль. Позиция Азербайджана.


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 Red

Red

    горе админ

  • Администраторы
  • Cообщений: 4 177

Отправлено 09 сентября 2025 - 19:08

Два наших союзника все ближе подходят на грань прямого столкновения.

Скоро нужно будет делать выбор.

https://t.me/milhistoryorg - канал в ТГ


#2 Red

Red

    горе админ

  • Администраторы
  • Cообщений: 4 177

Отправлено 29 сентября 2025 - 12:18


https://t.me/el_alioglu/157691

Son vaxtlar bəzi Türkiyə media orqanları və sosial şəbəkələrdə Azərbaycana qarşı həyata keçirilən məqsədyönlü dezinformasiya kampaniyası narahatlıq doğurur. Təəssüf ki, qardaş ölkənin informasiya məkanında Azərbaycanın "Fələstinin düşməni" kimi qələmə verilməsi, xüsusən də Baş nazir Netanyahu ilə bağlı tirajlanan son yalan xəbərlər bunun ən bariz nümunəsidir.

Azərbaycan mediası indiyədək Türkiyə ilə bağlı xəbər və məqalələrində hər zaman son dərəcə həssaslıq nümayiş etdirib. Biz, "bir millət – iki dövlət" prinsipinə sadiq qalaraq, Türkiyəyə qarşı istənilən informasiya hücumunu qardaşlıq borcu bilərək ifşa etmişik. Bəzən hətta Türkiyəli həmkarlarımızdan daha qətiyyətlə, Türkiyənin dəstəyinə qalxmışıq. Bu mövqe Azərbaycanın milli maraqlarına uyğun olsa da, daha çox dərin bir qardaşlıq hissinin təzahürüdür.

Lakin qardaşlıq münasibətləri, istənilən əlaqə kimi, qarşılıqlı olmalıdır, birtərəfli yox.

Bəzi Türkiyə KİV-ləri Azərbaycanı tənqid edib, "Fələstin düşməni" damğası vuraraq dezinformasiya yayarkən, biz Türkiyənin özünün əslində necə davranması barədə məlumatları tirajlamaqdan çəkinmişik. Məsələn, Türkiyənin zahirdə İsraillə "düşmən" obrazı yaratsa da, arxa planda qeyri-rəsmi ticarət əlaqələrini davam etdirməsi, gəmi izləmə sistemləri ilə sənədləşdirilən yük daşımaları haqqında məlumatları tirajlamadıq. Həmçinin, Türkiyədən İordaniyaya ixracın qəfildən 200 faiz artması və bu yüklərin İordaniya üzərindən İsrailə getməsi iddialarının nə dərəcədə əsaslı olduğunu araşdırmağı özümüzə borc bilmədik. Çünki qardaşlıq prizmasından yanaşdıq.

Biz unutmur və unutmayacağıq ki, Türkiyə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək oldu. Lakin bu dəstək "qardaş payı" kimi qəbul edilməyib; Azərbaycan hər şeyin qarşılığını artıqlaması ilə ödəyib. İstər alınan hərbi texnikanın dəyəri, istərsə də bölgədəki ən böyük biznes layihələri olsun. Sadəcə, bütün bunları sadalamağı özümüzə yaraşdırmadıq.

Həmçinin, ərazilərimizin işğalı dövründə Türkiyənin göstərdiyi diplomatik dəstək də yaddaşımızdadır. Baxmayaraq ki, Türkiyənin o dövrdə beynəlxalq tribunalarda Qarabağla bağlı nümayiş etdirdiyi mövqe bu gün Qəzza ilə bağlı ortaya qoyduğu kəskin mövqedən fərqlənirdi. İşğalçı Ermənistan liderlərinin çıxışlarında zallar tərk edilməmiş, hətta işğal davam edərkən sərhədlərin açılması ssenariləri cızılmış, protokollar imzalanmışdı. Lakin Azərbaycan və onun mediası heç vaxt bunu qardaş ölkəyə qarşı informasiya hücumuna çevirmədi.

Lakin bu gün qardaş ölkənin bəzi media orqanları bizə açıq şəkildə nümayiş etdirir ki, onlar üçün Azərbaycan "qırmızı xətt" deyil. İran, Rusiya və ya Ermənistan mediasında yayılan dezinformasiyaların Türkiyənin nüfuzlu media orqanlarında asanlıqla tirajlanması və hətta yeni yalanlarla "bəzədilməsi" adi hala çevrilib.

Bu informasiya təxribatları nə vaxtadək davam edəcək?

Azərbaycan mediası son illərdə ölkənin milli maraqlarını qorumaqda, dezinformasiya kampaniyalarını ifşa etməkdə kifayət qədər effektiv və peşəkar olduğunu sübut edib. Bunu Fransa, Rusiya və İran çox yaxşı anladı.

Sual budur: Doğrudanmı qardaş ölkənin mediasındakı bu utancverici kampaniyaya Türkiyənin özündə "dur" deyəcək bir qüvvə tapılmayacaq və bu ağır missiyanı yenidən Azərbaycan mediası olaraq öz üzərimizə götürməli olacağıq? Bu, nə qardaşlıq ruhuna, nə də strateji müttəfiqliyə yaraşan bir vəziyyətdir.

https://t.me/milhistoryorg - канал в ТГ





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 анонимных

Яндекс.Метрика